Rusiyanın Perm diyarına Ukraynanın dron hücumu nəticəsində bir nəfər həlak olub, iki yaralı var.
NTV xəbər verir ki, bu barədə bölgənin qubernatoru Dmitri Maxonin bildirib.
O, Perm diyarı üzərində 56 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu bildirib. Hücum nəticəsində bir neçə sənaye obyektinə ziyan dəyib.
Təcili yardım xidmətləri hadisə yerində işləyir və yardım fəaliyyətləri davam etdirilir.
