satellite   Azerspace-1: 11135 H 30000

Son iki gündə 86 cinayətin açılması təmin olunub

 Son iki gündə 86 cinayətin açılması təmin olunub

Noyabrın 21-də və 22-də ölkə ərazisində qeydə alınan 83, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 6 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib. Ümumi çəkisi 23,1 kiloqram narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 67 ədəd narkotik tərkibli bitki aşkar olunaraq götürülüb.

Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 11 tüfəng, 3 patron darağı və 53 ədəd patron aşkarlanaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər də saxlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

11:18 23.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM