satellite   Azerspace-1: 11135 H 30000

PSJ-nin futbolçusu Dezire Due uzun müddət yaşıl meydanlardan uzaq qalacaq

PSJ-nin futbolçusu Dezire Due uzun müddət yaşıl meydanlardan uzaq qalacaq

Fransanın PSJ klubu gənc cinah oyunçusu Dezire Duenin çarpaz bağlarının yırtılması səbəbindən əməliyyat olunacağını açıqlayıb.

NTV xəbər verir ki, klubun yaydığı məlumatda “Nitsa” üzərində 3:2 hesablı qələbə ilə başa çatan çempionat matçında zədələnən futbolçunun sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlandığı bildirilib.

Fransalı futbolçunun noyabrın sonunadək əməliyyat olunacağı qeyd edilib. 21 yaşlı oyunçunun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, Due cari mövsümdə PSJ-nin heyətində 15 oyunda meydana çıxıb və 6 qol vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM