satellite   Azerspace-1: 11135 H 30000

Selçuk Bayraktaroğlu Somalinin hərbi obyektlərində olub

Selçuk Bayraktaroğlu Somalinin hərbi obyektlərində olub

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu səfərdə olduğu Somalidə bu ölkənin Baş Qərargah rəisi, general-mayor İbrahim Mohamed Mohamudla görüşüb və Somali Türk Tapşırıq Qüvvələri Komandanlığında (Anadolu kazarması) olub.

NTV Türkiyə SQ-yə istinadən xəbər verir ki, Dəniz və Hava Qüvvələri Komandanlıqları, eləcə də Birgə Əməliyyat Mərkəzinə baxış keçirilib.

Ordu generalı tikintisi davam edən Kosmik Baza Kompleksinə də baş çəkərək aparılan işlər barədə məlumat alıb.

Selçuk Bayraktaroğlu Somali Hərbi Dəniz Qüvvələrinin qərargahı, Somali Türk Tapşırıq Qüvvələri Komandanlığı, "Barbaros" Dəniz Tapşırıq Qüvvələrinin kompleksinin Koordinasiya Mərkəzi və gəmiqayırma müəssisəsinin təməlqoyma mərasiminə də qatılıb.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM