satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb

ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb

ABŞ-nin Kaliforniya ştatının Tulare dairəsində əyləncə mərasimində baş verən atışma nəticəsində doqquz nəfər yaralanıb.

NTV-nin məlumatına görə, bu barədə yerli "ABC News KFSN" telekanalı şerif ofisinə istinadən xəbər verib.

Hadisə şənbə günü yerli vaxtla axşam Stratmor şəhərindəki özəl əyləncə mərasimində baş verib. Mərasimdə təxminən 100 nəfər iştirak edib.

İlkin məlumata görə, bütün yaralılar xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.

İstintaq aparılır və zərərçəkənlərin dəqiq sayı müəyyənləşdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM