satellite   Azerspace-1: 11135 H 30000

Hava zərbələri nəticəsində Ukraynanın beş bölgəsi işıqsız qalıb

Hava zərbələri nəticəsində Ukraynanın beş bölgəsi işıqsız qalıb

Noyabrın 22-si Ukraynanın beş bölgəsində vətəndaşlar Rusiyanın hava zərbələri səbəbindən elektrik enerjisiz qalıblar. Ən çox ziyan Odessa bölgəsindəki elektrik şəbəkəsinə dəyib.

NTV Ukrayna Energetika Nazirliyinə istinadla xəbər verir ki, elektrik kəsintiləri Dnepr, Jitomir, Rivne, Odessa və Xarkov bölgələrində qeydə alınıb. Təmir briqadaları elektrik enerjisini bərpa etmək üçün çalışırlar.

Vəziyyət Odessa bölgəsində ən kritik olaraq qalır. Hava zərbələri bölgədəki həyati əhəmiyyətli enerji obyektlərinə zərər vurub və mütəxəssislərin işini xeyli çətinləşdirib. Buna görə də xeyli sayda istehlakçı hələ də elektrik enerjisiz qalıb.

“Zərər əhəmiyyətlidir, ona görə də təmir işləri vaxt aparacaq”, - deyə Energetika Nazirliyi vurğulayıb.

Təmir briqadaları təhlükəyə və çətin şəraitə baxmayaraq, gecə-gündüz işləməyə davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM