NTV xəbər verir ki, Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafı istiqamətində növbəti addım atılıb.
Naxçıvan Dövlət Kukla Teatrı ilə Türkiyənin Balıkəsir şəhərinin Altıeylül Bələdiyyəsi Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumu Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov və Balıkəsir Altıeylül Bələdiyyəsi başqanının müavini Ertan Kayatepe imzalayıblar.
Sənəd qarşılıqlı qastrol səfərlərinin təşkili, birgə yaradıcılıq layihələrinin həyata keçirilməsi, təcrübə mübadiləsi və teatr sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Əməkdaşlıq Naxçıvan teatr sənətinin Türkiyədə təbliği, bölgənin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması, eləcə də Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.
