Şimali Koreya hegemonluq və ya ərazilərini genişləndirmək niyyətində deyil.
NTV xəbər verir ki, bunu ölkə lideri Kim Çen In on ölkənin yeni təyin olunmuş səfirləri ilə görüşündə bildirib.
Koreya Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, Kim Çen In zorakılıq və təzyiqin ölkəsinin xarici siyasətinə xas olmadığını vurğulayıb.
O qeyd edib ki, Pxenyan dövlətlərin suverenliyinə və inkişaf hüquqlarına hörmət edilməsinin tərəfdarıdır.
Şimali Koreya lideri, həmçinin ölkəsinin suverenliyinə hörmət edən dövlətlərlə qarşılıqlı hörmət, bərabərlik və fayda prinsipləri əsasında əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.
Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
