satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyada bahalaşma Şaxta babanın ənənəvi geyiminə də təsir edib

Yaponiyada bahalaşma Şaxta babanın ənənəvi geyiminə də təsir edib

Yaponiyanın Kobe şəhərində keçirilən Milad sərgisində Şaxta baba ənənəvi qırmızı deyil, boz rəngli kostyumda təqdim olunub.

NTV Yaponiyanın rəsmi Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, buna səbəb ölkədə qiymətlərin artması və yeni qırmızı kostyumun baha olmasıdır. Qeyd edilib ki, Şaxta baba fiquru şəhərin tarixi Kitano rayonundakı Uroko Evi muzeyinin damında nümayiş etdirilib. Sərginin təşkilatçıları bildiriblər ki, Yaponiyada ərzaq, geyim və gündəlik tələbat malları bahalaşdığı üçün bu il Şaxta babanın geyimi də dəyişib.

Məlumata görə, sentyabr ayında Yaponiyada istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artıb.

Qeyd edək ki, 2009-cu ildən təşkil olunan ənənəvi Milad sərgisində ilin maraqlı hadisələrini əks etdirən fiqurlar nümayiş etdirilir. Bu il sərgi dekabrın 27-dək davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM