satellite   Azerspace-1: 11135 H 30000

Vanuatuda 6,5 bal gücündə zəlzələ baş verib

Vanuatuda 6,5 bal gücündə zəlzələ baş verib

Sakit okeanın Vanuatu bölgəsində 6,5 bal gücündə zəlzələ qeydə alınıb.

NTV xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Bildirilib ki, zəlzələ bazar ertəsi yerli vaxtla saat 13:40-da baş verib. Yeraltı təkanların ocağı 601 kilometr dərinlikdə yerləşib. Zəlzələnin episentri 13,661 dərəcə cənub, en dairəsi və 172,242 dərəcə şərq uzunluğunda qeydə alınıb.

Hadisə nəticəsində tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib. Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi zəlzələdən sonra sunami xəbərdarlığı elan etməyib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM