Rusiya Federasiyasının Tatarıstan Respublikasındakı Almetyevck şəhərinin yaxınlığında yerləşən neft anbarları pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
NTV xəbər verir ki, bu barədə Tatarıstanın başçısı Rüstəm Minnixanovun mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidməti bildirib ki, noyabrın 23-ü səhər saatlarında respublikanın neft anbarlarının yerləşdiyi cənub-şərq hissəsi davamlı dron hücumuna məruz qalıb.
Hücum zamanı bir neçə obyektə ziyan dəyib. Həlak olanlar və yaralananlar yoxdur.
