satellite   Azerspace-1: 11135 H 30000

İran XİN: ABŞ-nin dəniz blokadasını aradan qaldırmaq üçün mümkün olan bütün vasitələrdən istifadə edəcəyik

İran XİN: ABŞ-nin dəniz blokadasını aradan qaldırmaq üçün mümkün olan bütün vasitələrdən istifadə edəcəyik

İran bazar ertəsi günü Tehranla Vaşinqton arasındakı münaqişənin şiddətlənməsi fonunda ABŞ-nin dəniz blokadası və sanksiyalarına qarşı durmaq üçün bütün mövcud imkanlardan istifadə edəcəyini bildirib.

NTV  xarici mediaya istinadla xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Tehranda keçirilən mətbuat konfransında bildirib: “İran blokada və ABŞ sanksiyalarına qarşı durmaq və onları neytrallaşdırmaq üçün bir sıra tədbirləri nəzərdən keçirir”.

O, təfərrüatları açıqlamadan əlavə edib: “Tehran bu məsələ ilə bağlı qəbul edilmiş qərarlara uyğun olaraq adekvat tədbirləri həyata keçirməyə başlayacaq.

XİN sözçüsü bildirib ki, ABŞ öz öhdəliklərini yerinə yetirərsə, Hörmüz boğazında və daha geniş bölgədə təhlükəsizlik ən qısa müddətdə bərpa edilə bilər. O əlavə edib: “İranın şərtləri onun aşağıdakı hüquqlarıdır: dəniz blokadası və sanksiyalarının ləğvi, habelə anlaşma memorandumunda yer alan müddəaların həyata keçirilməsi”.

Ötən həftə Çinin Şençjen şəhərində Rusiya, ABŞ və Çin liderləri arasında keçirilən üçtərəfli sammiti şərh edən Bəqai İranla bağlı qərarların ölkə xaricində verilməyəcəyini vurğulayıb: “İranla bağlı heç bir qərar Tehrandan kənarda verilə bilməz”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

11:18 23.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM