satellite   Azerspace-1: 11135 H 30000

PSJ yeni formasını təqdim edib

PSJ yeni formasını təqdim edib

Fransanın PSJ klubu 2026/2027-ci illər mövsümü üçün yeni - üçüncü formasını təqdim edib.

NTV  xəbər verir ki, Paris təmsilçisi 2018-ci ildən etibarən hər mövsüm olduğu kimi, bu dəfə də yeni formanı “Jordan Brand” ilə əməkdaşlıq çərçivəsində hazırlayıb. Təqdimat bu gün baş tutub. Bəzi xarici mənbələrdə PSJ-nin UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Roma” ilə keçirəcəyi oyunda məhz bu forma ilə meydana çıxacağı bildirilir. Lakin klub hələlik bu barədə rəsmi açıqlama verməyib.

Yeni formanın təqdimatı Abidjan, Dakar, Kasablanka və Paris şəhərlərini əhatə edən mədəni layihə ilə də müşayiət olunur. Layihənin Paris mərhələsi noyabrın 25-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

11:18 23.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM