satellite   Azerspace-1: 11135 H 30000

İndoneziya səfiri ölkəsinin ixrac potensialından danışıb

İndoneziya səfiri ölkəsinin ixrac potensialından danışıb

Azərbaycanın İndoneziyadan idxal edə biləcəyi məhsullara kənd təsərrüfatı məhsulları, palma yağı, kofe, kakao, ədviyyatlar, kauçuk, vanil, mixək, darçın və digər məhsullar daxildir.

NTV xəbər verir ki, bu sözləri İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi “Indonesian Business Forum 2026” tədbirində söyləyib.

O bildirib k, bununla yanaşı, dəniz məhsulları, o cümlədən krevet, tuna balığı və emal olunmuş dəniz məhsulları, həmçinin qida ədviyyatları və dərman bitkiləri də İndoneziyanın ixrac potensialına malik məhsulları sırasındadır.

"Digər mühüm məhsul qruplarına tekstil və geyim məhsulları, ayaqqabılar, müxtəlif növ mebellər, o cümlədən rattan mebelləri, emal olunmuş və qablaşdırılmış ərzaq məhsulları, eləcə də istehlak malları daxildir.

İndoneziyada, həmçinin tikinti materialları, məişət avadanlıqları, müasir tibbi cihazlar, xüsusi təyinatlı dərman preparatları, sənaye kimyəvi məhsulları, plastik və plastik məmulatları istehsal olunur.

Bundan əlavə, ölkənin istehsal potensialına kosmetika, moda məhsulları, premium istehlak malları və müxtəlif çeşiddə emal olunmuş ərzaq məhsulları da daxildir",- deyə B.Helmi əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:08 24.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM