NATO-nun Baş katibi Mark Rutte Ukraynanın alyansa üzvlüyünün təşkilatın uzunmüddətli məqsədi olaraq qaldığını bildirib.
NTV xəbər verir ki, o, bu barədə Berlində Almaniya Kansleri Fridrix Merts ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.
Rutte qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı alyansın mövqeyi dəyişməz olaraq qalır. O, həmçinin NATO-nun hərbi mövcudluğunun 1997-ci il sərhədlərinə qaytarılması ideyasını qəbuledilməz adlandırıb.
Baş katib vurğulayıb ki, alyansa hansı ölkələrin qəbul ediləcəyi barədə qərarı yalnız NATO özü verə bilər.
