satellite   Azerspace-1: 11135 H 30000

Özbəkistanda xarici hərbi münaqişələrdə iştiraka görə məsuliyyət normaları dəqiqləşdiriləcək

Özbəkistanda xarici hərbi münaqişələrdə iştiraka görə məsuliyyət normaları dəqiqləşdiriləcək

Özbəkistan xarici ölkələrdə hərbi xidmətə çağırış və orduya muzdlu cəlb olunma, həmçinin xaricdəki silahlı münaqişələrdə iştiraka görə cinayət məsuliyyətini təkmilləşdirmək məqsədilə Cinayət Məcəlləsinə düzəliş etməyi planlaşdırır.

NTV Özbəkistan parlamentinin aşağı palatasının mətbuat xidmətinə istinadla xəbər verir ki, müvafiq qanun layihəsi Özbəkistan Ali Məclisi Qanunvericilik palatasının deputatları tərəfindən ikinci oxunuşda qəbul edilib.

Sənəd vətəndaşların xaricdəki silahlı münaqişələrdə iştirakının qarşısını almağı və onların müxtəlif hərbi strukturlara cəlb olunma riskini azaltmağı hədəfləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:08 24.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM