satellite   Azerspace-1: 11135 H 30000

Ukraynada dəniz piyadaları korpusu yaradılır

Ukraynada dəniz piyadaları korpusu yaradılır

Ukraynada dəniz piyadaları korpusu yaradılır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Donetsk vilayətində dəniz piyadalarını ziyarət edərkən bildirib.

O, Ukrayna dəniz piyadalarının potensialının əhəmiyyətli dərəcədə artırılması - dəniz piyada korpusunun yaradılması barədə qərarın qəbul edildiyini açıqlamaq şərəfinə nail olduğunu vurğulayıb. Volodimir Zelenski qeyd edib ki, dəniz piyadalarını müasir silahlar, texnika ilə təchiz edəcəklər.

Xatırladaq ki, mayın 23-də Ukraynada dəniz piyadaları günüdür. Əvvəllər bu gün noyabrın 16-da qeyd olunub. 2018-ci ildən isə mayın 23-ü Ukrayna Dəniz Piyadaları Günü kimi qeyd olunur. Zelenski bu günlə əlaqədar ön cəbhədə dəniz piyadalarını ziyarəti edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM