satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN: “NATO-nun 2024-cü ildə planlaşdırdığı hərbi təlimlər müharibəyə hazırlıqdır”

Rusiya XİN: “NATO-nun 2024-cü ildə planlaşdırdığı hərbi təlimlər müharibəyə hazırlıqdır”

“NATO-nun 2024-cü ildə planlaşdırdığı hərbi təlimlər Rusiya ilə müharibəyə hazırlıqdır”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

O bildirib ki, bu təlimlər həm də təxribat və güc nümayişidir: “Bu güc nümayişi Rusiyaya hərbi-siyasi təzyiq cəhdidir. Bunun Rusiya ilə hərbi toqquşmaya hazırlığın bir hissəsi olduğuna şübhə yoxdur”.

Nazir müavininin sözlərinə görə, proseslər Rusiyanın qərb və şimal-qərb sərhədlərinin gücləndirilməsinin vacibliyini göstərir.

Qeyd edək ki, Alyansın Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer daha əvvəl NATO-nun 2014-cü ildə soyuq müharibədən bəri ən böyük hərbi təlimi keçirəcəyini bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM