satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanın Baş naziri istefa verməyəcəyini bəyan edib

Ermənistanın Baş naziri istefa verməyəcəyini bəyan edib

Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfdarlarına istefaya getməyəcəyini bildirib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.

Nəşr qeyd edib ki, ötən gecə hökumət binası yaxınlığında etiraz aksiyaları fonunda Paşinyan tərəfdaşları ilə görüşüb, onlara istefa verməyəcəyini və nəyin bahasına olursa-olsun hakimiyyəti saxlayacağını bəyan edib. Baş nazirin bu açıqlamasından sonra meydandakı təhlükəsizlik qüvvələri etirazçılara qarşı daha sərt tədbirlərə keçiblər.

Xatırladaq ki, sentyabrın 19-da İrəvanda kütləvi etiraz aksiyaları başlayıb. Etirazçılar Ermənistan hökumət başçısını dövlətə xəyanətdə ittiham edərək istefasını tələb edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM