satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-nin Beyrutdakı səfirliyi atəşə tutulub

ABŞ-nin Beyrutdakı səfirliyi atəşə tutulub

ABŞ-nin Livanın paytaxtı Beyrutdakı səfirliyi şəxsiyyəti hələlik məlum olmayan şəxslər tərəfindən atəşə tutulub.

Naxçıvan televiziyası Anadolu Agentliyinə istinadla xəbər verir ki, hücum zamanı səfirliyin qapısına və binanın önündəki avtomobillərə güllələr dəyib. Atəşin açıldığı silahın modeli, həlak olanlar və ya yaralananlar barədə məlumat yoxdur. Səfirlik hücumla bağlı hələlik açıqlama verməyib.

Hadisənin ABŞ-nin Beyrutdakı səfirliyinin binasına 1984-cü il sentyabrın 20-də bomba yerləşdirilmiş avtomobillə edilən hücumla eyni günə təsadüf etməsi diqqət çəkir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM