satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin müdafiə naziri: "ABŞ-Ermənistan birgə hərbi təlimlərinə ciddi əhəmiyyət vermədik”

Türkiyənin müdafiə naziri: "ABŞ-Ermənistan birgə hərbi təlimlərinə ciddi əhəmiyyət vermədik”

“Düzü, ABŞ-Ermənistan birgə hərbi təlimlərinə ciddi əhəmiyyət vermədik”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “Milliyət”ə müsahibəsində deyib.

O bildirib ki, indiki həssas məqamda Ermənistana 25 nəfərin gətirilməsi səhv mesaj olaraq qiymətləndirilə bilər: “Ona görə də düşünürəm ki, bütün ölkələr daha diqqətli davranmalıdır. Bu, daha doğrudur”.

Qeyd edək ki, ABŞ-Ermənistan birgə hərbi təlimləri sentyabrın 11-20-də Ermənistan ərazisində keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM