satellite   Azerspace-1: 11135 H 30000

Co Bayden avtomobil sənayesi işçilərinin piketinə qoşulacaq

Co Bayden avtomobil sənayesi işçilərinin piketinə qoşulacaq

ABŞ Prezidenti Co Bayden gələn həftə Miçiqan ştatında avtomobil sənayesi işçilərinin həmkarlar ittifaqı (UAW) ilə birlikdə piketə qoşulacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ABŞ dövlət başçısının sosial şəbəkələrdə yayımlanan bəyanatında deyilir.

“Sentyabrın 26-da piketə qoşulmaq, həmçinin ədalətli dəyərlər uğrunda mübarizə aparan insanlarla həmrəyliyimi bildirmək üçün Miçiqana səfər edəcəyəm”, - deyə Bayden bildirib. Onun sözlərinə görə, yüksək maaşlı iş yerləri sayəsində Amerika avtomobil sənayesinin inkişafına imkan verəcək qarşılıqlı faydalı saziş bağlamağın vaxtı çatıb.

“Axios” portalının məlumatına görə, Co Baydenin Miçiqana səfəri 2024-cü ildə keçiriləcək seçkilərdə namizədliyini irəli sürən sabiq prezident Donald Trampın ora mümkün gəlişindən bir gün əvvələ nəzərdə tutulub.

Hazırda UAW tərəfindən təşkil olunan tətillərdə Detroyt şəhərinin üç avtomobil istehsalçısı - “General Motors”, “Ford” və “Stellantis” kompaniyalarının 20 min əməkdaşı iştirak edir. Onlar əməkhaqlarının artırılmasını, pensiya təminatının yaxşılaşdırılmasını və məzuniyyətin uzadılmasını tələb edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM