satellite   Azerspace-1: 11135 H 30000

Zaxarova: “Ukraynada uğursuzluğa düçar olan Qərb indi də Ermənistandan yapışıb”

Zaxarova: “Ukraynada uğursuzluğa düçar olan Qərb indi də Ermənistandan yapışıb”

Qərb Ukraynadakı siyasəti iflasa uğradıqdan sonra Ermənistandan yapışıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Nyus.ru" portalının jurnalistinin sualına cavab olaraq bildirib.

“Ukrayna ilə bağlı planları tamamilə iflasa uğrayan Qərb indi də eyni formada Ermənistandan yapışıb, onu Rusiyadan qoparmağa çalışır”, - o deyib.

M.Zaxarovanın sözlərinə görə, rəsmi Moskva Ermənistan rəhbərliyinin son addımlarını, o cümlədən Baş nazir Nikol Paşinyanın Minskdə KTMT sammitində iştirakdan imtina etməsini, ölkəyə Qərb silahlarının tədarükünün çoxalmasını, İrəvan və Kiyevin dostluğunu “eyni zəncirin halqaları” kimi nəzərdən keçirir. “Amma mənə elə gəlir ki, bu, əsarət zənciridir”, - diplomat vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM