satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək

Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək

Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək.

NTV Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumunda NVIDIA-nın vitse-prezidenti Rev Lebaredyanın iştirakı ilə keçirilən müzakirə zamanı bildirib.

"Sabah biz TRIPP layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcəyik", - N.Paşinyan deyib.

O qeyd edib ki, layihənin mühüm tərkib hissəsi elektrik enerjisinin tranziti olacaq. Onun sözlərinə görə, Ermənistan öz enerji şəbəkələrini Türkiyə və Azərbaycanla birləşdirmək niyyətindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM