satellite   Azerspace-1: 11135 H 30000

Fransa Senatı polisin odlu silah tətbiqi ilə bağlı qanun layihəsini təsdiqləyib

Fransa Senatı polisin odlu silah tətbiqi ilə bağlı qanun layihəsini təsdiqləyib

Fransa Senatı polis və jandarma əməkdaşlarının odlu silah tətbiqinin qanuniliyi prezumpsiyasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

NTV  xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Məlumata görə, sənəd 205 lehinə, 110 əleyhinə səslə qəbul edilib. Qanun layihəsi daha əvvəl parlamentin aşağı palatası tərəfindən də təsdiqlənib.

Sənədə əsasən, polis və jandarma əməkdaşları odlu silahdan istifadə etdikdə, əksi sübut olunana qədər qanun çərçivəsində hərəkət etmiş hesab ediləcəklər.

Fransanın daxili işlər naziri Loran Nünez qərarı alqışlayaraq, bunu hüquq-mühafizə orqanlarına etimadın göstəricisi adlandırıb.

Bununla yanaşı, solçu partiyalar qanun layihəsinə qarşı çıxaraq onun Konstitusiya Şurasında mübahisələndiriləcəyini bildiriblər. Sənədə qarşı parlamentin internet saytında 700 mindən çox imza toplayan petisiya da yerləşdirilib.

Qanunun qəbulu ölkədə polis və nümayişçilər arasında toqquşmaların baş verdiyi etirazlar fonunda baş tutub. Noyabrın 21-də qanuna qarşı yeni aksiyaların keçirilməsi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM