satellite   Azerspace-1: 11135 H 30000

Rusiya hərbi attaşesi Danimarkadan çıxarılır

Rusiya hərbi attaşesi Danimarkadan çıxarılır

Danimarka hakimiyyəti Rusiya hərbi attaşesini ölkədən çıxarmaq qərarına gəlib.

NTV xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen TV2 telekanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, Rusiya səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Rasmussen, həmçinin Avropa ölkələrini Rusiya vətəndaşlarına viza verilməsini dayandırmağa çağırıb.

Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın müvafiq addımlar atacağını bildirib. O, Danimarkanın qərarına əsas kimi göstərilən məlumatları saxta adlandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM