satellite   Azerspace-1: 11135 H 30000

Qəzzada növbəti müvəqqəti atəşkəs elan olunub

Qəzzada növbəti müvəqqəti atəşkəs elan olunub

Qəzza zolağında növbəti müvəqqəti atəşkəs elan olunub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces – İDF) sözçüsü Avihay Edri bildirib.

Onun sözlərinə görə, Bakı vaxtı ilə 12:00-dan 16:00-a kimi İsrail ordusunun Qəzza şəhərində döyüş əməliyyatlarının növbəti dəfə dayandırılması elan edilib.

İDF rəsmisi onu da əlavə edib ki, Tel əl-Hava, Əl-Səbra, Əl-Zeytun əl-Qarbi və Cəbəliyə (həmçinin Qəzza şəhərinin bir hissəsi) bölgələrindəki sakinlərin təxliyəsi üçün humanitar dəhliz yenidən Bakı vaxtı ilə saat 18:00-a qədər fəaliyyət göstərəcək.

Təxliyə marşrutu Səlahəddin yolu ilə anklavın cənubuna doğru hərəkət edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM