satellite   Azerspace-1: 11135 H 30000

Qərargah rəisi: Ermənistan KTMT-ni tərk etməklə bağlı heç bir ərizə və sənəd təqdim etməyib

Qərargah rəisi: Ermənistan KTMT-ni tərk etməklə bağlı heç bir ərizə və sənəd təqdim etməyib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməklə bağlı heç bir ərizə və sənəd təqdim etməyib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargahının rəisi Anatoli Sidorov bu gün keçirilən brifinq zamanı deyib.

Sidorov qeyd edib ki, Ermənistanın həqiqətən də KTMT çərçivəsində keçirilən tədbirlərdə az iştirak edib, lakin ölkə Təşkilatın qanunvericilik fəaliyyətində kifayət qədər fəal iştirak edir, Ermənistanla birgə fəaliyyət prosesi davam edir.

Qərargah rəisi həmçinin əlavə edib ki, regionda vəziyyəti sabitləşdirmək üçün İrəvana ötən il tədbirlər təklif edilib, onlar hələ də müzakirə olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM