satellite   Azerspace-1: 11135 H 30000

İsrail ordusu “Hizbullah”ın hərbi obyektlərinə zərbələr endirib

İsrail ordusu “Hizbullah”ın hərbi obyektlərinə zərbələr endirib

İsrail ordusu “Hizbullah”ın Livanda bir neçə atəş nöqtəsinə zərbə endirib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İsrael Defence Forces – İDF) məlumat yayıb.

Ordu “Hizbullah”ın əsasən Livanın cənubundakı hərbi obyektlərinə zərbələr endirib.

Oradan İsrail ərazisinə tank əleyhinə raketlərin atılması və növbəti hücumlar həyata keçirmək üçün terrorçuların toplaşması müəyyən edilib. İlkin məlumata əsasən, ölən və yaralanan yoxdur.

Xatırladaq ki, bir müddət əvvəl terrorçular İsrailin bir neçə bölgəsinə, o cümlədən, Metula və Petah bölgələrindəki hərbi postlarına bir neçə dəfə hücum həyata keçiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM