satellite   Azerspace-1: 11135 H 30000

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Naxçıvan televiziyası-a bildirilib ki, müsabiqənin test mərhələsində hər bir namizədə məktəbəqədər təhsil və idarəetmə, oxuyub-anlama bacarığı, məntiq və məktəbəqədər təhsilin məzmunu istiqamətləri üzrə hər biri 15 sual olmaqla ümumi 60 sual təqdim edilir.

Test mərhələsində hər bir suala düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. Test mərhələsində hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə buraxılırlar.

Test mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Hər hansı bir səbəbdən göstərilən vaxtda test və ya müsahibə mərhələsində iştirak etməyənlər üçün təkrar müsabiqə keçirilmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM