Naxçıvan Dövlət Universitetində Təhsil Tələbə Krediti Fondunun idarə heyətinin sədri Araz Paşayev tələbələrlə görüşüb - FOTOLAR

Naxçıvan Dövlət Universitetində Təhsil Tələbə Krediti Fondunun idarə heyətinin sədri Araz Paşayev tələbələrlə görüşüb<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Universitetində Təhsil Tələbə Krediti Fondunun idarə heyətinin sədri Araz Paşayev tələbələrlə görüşüb<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Universitetində Təhsil Tələbə Krediti Fondunun idarə heyətinin sədri Araz Paşayev tələbələrlə görüşüb<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Universitetində Təhsil Tələbə Krediti Fondunun idarə heyətinin sədri Araz Paşayev tələbələrlə görüşüb<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Universitetində Təhsil Tələbə Krediti Fondunun idarə heyətinin sədri Araz Paşayev tələbələrlə görüşüb<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Universitetində Təhsil Tələbə Krediti Fondunun idarə heyətinin sədri Araz Paşayev tələbələrlə görüşüb<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Universitetində Təhsil Tələbə Krediti Fondunun idarə heyətinin sədri Araz Paşayev tələbələrlə görüşüb<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN xəbər verir ki, görüşdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev tələbələr üçün yaradılan fondun fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, hazırda tələbələr üçün təhsilin əlçatanlığının təmin olunması fondun tələbələr üçün yaratdığı xüsusi imkanlardır.

Təhsil Tələbə Krediti Fondunun idarə heyətinin sədri Araz Paşayev fondun yaranma tarixi, məqsədi haqqında geniş məlumat verib. Bildirilib ki, fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsili üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. 

Araz Paşayev “Ödənişli təhsil indi daha əlçatandır” şüarı altında ödənişli əsaslarla təhsil alan tələbələrin illik təhsil haqlarının fond tərəfindən ödənildiyini qeyd edib.

Vurğulanıb ki, təhsil tələbə kreditinin növləri, tələbə krediti almaq üçün verilən tələblər, kreditdən istifadə hüququ, kreditin verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər müəyyən edilib. Təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur.

Araz Paşayev əlavə edib ki, tələbənin valideynləri işləmirsə və ya qruplar üzrə əlilliyi mövcuddursa həmin tələbə sosial tələbə kreditindən istifadə edə bilərlər. Akademik borcu olmayan bütün tələbələr isə standart təhsil tələbə kreditindən istifadə edə bilərlər.

 Araz Paşayev qeyd edib ki, 5 semestr ərzində fonda müraciət edən 33 min tələbənin 17 mini qadın tələbələrdir. Bununla da ölkəmizdə qadın tələbələrin də təhsil alması daha əlçatadır.

Görüşdə çıxış edən Naxçıvan Dövlət Universiteti rektorunun İqtisadi məsələlər üzrə müşaviri Ülvi Baxışlı bildirib ki, ali təhsil ocağında 2023-2024-cü akademik tədris ilindən TTKF ilə bağlı komissiyanın tərkibi müəyyənləşdirilərək fəaliyyətə başlayıb və tələbələrlə görüşlər təşkil edilərək onların qeydiyyatına şərait yaradılıb. Belə ki, ötən müddət ərzində, ümumilikdə 699 tələbə kreditlə bağlı müraciət edib ki, bunun 165 nəfəri sosial, 424 nəfəri isə standart olmaqla 589 tələbənin krediti rəsmiləşdirilib.

Diqqətə çatdırılıb ki, kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınmaqla yüksək nəticə göstərilməsi ilkin şərtdir. Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə verilir. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ da verilir.

Sonda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM