satellite   Azerspace-1: 11135 H 30000

DİM: Qabiliyyət imtahanı verəcək bakalavrlar buraxılış vərəqəsini çap edə bilərlər

DİM: Qabiliyyət imtahanı verəcək bakalavrlar buraxılış vərəqəsini çap edə bilərlər

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68, 69 və 70 saylı proqramlarına aid xüsusi qabiliyyət imtahanlarına qeydiyyat başa çatıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Naxçıvan televiziyası-a bildirilib ki, həmin proqramlara aid ixtisaslaşmaları seçən bakalavrlar bu gündən DİM-in internet saytına daxil olaraq “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. “Bakalavrın imtahana buraxılış vərəqəsi”ndə imtahan binasının ünvanı və imtahana gəlmə vaxtı qeyd olunub.

Qeyd edək ki, qabiliyyət imtahanlarının 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) və 70 (Təsviri sənət istiqaməti) saylı proqram üzrə iyunun 1-i, 68 (Musiqi sənəti istiqaməti) saylı proqram üzrə isə iyunun 9-u tarixlərində keçirilməsi nəzərdə tutulur.

İmtahan qrafiki ilə ətraflı buradan tanış olmaq mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM