satellite   Azerspace-1: 11135 H 30000

Bu gün qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyat başa çatır

Bu gün qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyat başa çatır

Ali təhsil müəssisələrinin (V ixtisas qrupu), tam (11 illik) orta və ümumi (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə abituriyentlərin (subbakalavrların) qeydiyyatı bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən Naxçıvan televiziyası-a verilən xəbərə görə, abituriyentlər (subbakalavrlar) 29 may saat 23:59-dək müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışlarında təqdim olunub.

Qabiliyyət imtahanlarının iyun – avqust aylarında keçirilməsi nəzərdə tutulur. DİM-in internet səhifəsində abituriyentlərə (subbakalavrlara) “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək. “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcəkdir.

Xüsusi qabiliyyət imtahanları ilə bağlı daha geniş məlumatla elanın tam mətnində tanış olmaq mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM