satellite   Azerspace-1: 11135 H 30000

Kimya üzrə Nobel mükafatı laureatı Əziz Sancar Naxçıvanda səfərdədir

Kimya üzrə Nobel mükafatı laureatı Əziz Sancar Naxçıvanda səfərdədir

Naxçıvan televiziyası xəbər verir ki, dünyaşöhrətli alim, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, kimya üzrə Nobel mükafatı laureatı Əziz Sancar Naxçıvana səfərə gəlib.

Qonaqlar əvvəlcə Ümummilli Liderimizin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb. Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.

Qeyd edək ki, səfər çərçivəsində Əziz Sancar AMEA-nın Naxçıvan Bölməsini, elmi müəssisə və təşkilatlarını, eləcə də muxtar respublikanın ali təhsil müəssisələrini ziyarət edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM