satellite   Azerspace-1: 11135 H 30000

Bu ilin ilk Super Ayı müşahidə olunur - FOTOLAR

Bu ilin ilk Super Ayı müşahidə olunur<font color=red> - FOTOLAR</font> Bu ilin ilk Super Ayı müşahidə olunur<font color=red> - FOTOLAR</font> Bu ilin ilk Super Ayı müşahidə olunur<font color=red> - FOTOLAR</font>

Avqustun 19-da saat 22:26-da 2024-cü ilin ilk Super Ayı müşahidə olunur. Bu, Mavi Super Aydır.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından Naxçıvan televiziyası-a bildirilib ki, bu hadisə zamanı Ay 14 faiz böyük və 30 faiz parlaq görünür. Avqustun 19-da Ay saat 19:41-də doğub və səhər saatlarınadək görünəcək. Bu zaman Yerlə Ay arasındakı məsafə 361,969 kilometr olur.

Ayın orbiti tam dairəvi deyil, elliptik olduğundan, Yerlə Ay arasındakı məsafə daim dəyişir. Ay öz perigeyində bədirlənmiş Ay fazasına uyğun gələrsə, o zaman Super Ay müşahidə olunur.

İlin sonunadək sentyabrın 18-də, oktyabrın 17-də və noyabrın 15-də də Super Ay müşahidə ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM