satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda məktəblilər arasında II Kimya-Biologiya Olimpiadasının rayon turu keçirilib - FOTOLAR

Naxçıvanda məktəblilər arasında II Kimya-Biologiya Olimpiadasının rayon turu keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda məktəblilər arasında II Kimya-Biologiya Olimpiadasının rayon turu keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda məktəblilər arasında II Kimya-Biologiya Olimpiadasının rayon turu keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda məktəblilər arasında II Kimya-Biologiya Olimpiadasının rayon turu keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda məktəblilər arasında II Kimya-Biologiya Olimpiadasının rayon turu keçirilib<font color=red> - FOTOLAR</font>

Yanvarın 11-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə dünyaşöhrətli kimyaçı-alim, akademik Yusif Məmmədəliyevə həsr olunmuş VIII–IX sinif şagirdləri arasında kimya və biologiya fənləri üzrə II Kimya-Biologiya Olimpiadasının rayon turu keçirilib.

Nazirliyin mətbuat xidmətindən Naxçıvan televiziyası-a bildirilib ki, 8 mərkəzdə keçirilən olimpiadada məktəb turunda qalib olan 535 şagirddən 94 faizi iştirak edib. Şagirdlərə 30 sual təqdim olunub və 3 saat vaxt ayrılıb.

Olimpiadanın məktəb, rayon və muxtar respublika olmaqla, 3 turdan ibarət təşkili nəzərdə tutulub. Rayon turunda qalib olan şagirdlər fevralın 8-də keçiriləcək muxtar respublika turuna vəsiqə qazanacaq.

Rayon mərhələsinin qalibləri diplom, təltifnamə, muxtar respublika mərhələsinin qalibləri isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM