satellite   Azerspace-1: 11135 H 30000

Kimya elmləri doktoru Bayram Rzayev 84 yaşında vəfat edib

Kimya elmləri doktoru Bayram Rzayev 84 yaşında vəfat edib

Naxçıvan televiziyası-ın məlumatına görə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev 84 yaşında dünyasını dəyişib. 

Ömrünü elmə, elmi tədqiqatlara həsr edən Bayram Rzayevin səmərəli fəaliyyəti 40-ı kitab və monoqrafiya olmaqla, 400-dən artıq elmi əsərdə öz əksini tapıb. O, analitik kimya sahəsində yenilikçi tədqiqatları ilə nəzəri bilikləri praktikaya uğurla tətbiq edərək, nəticədə, 20 müəlliflik şəhadətnaməsi və patent alıb. Kimyaçı alimin yarıməsrlik elmi fəaliyyəti, kimya elminə verdiyi töhfələr bu sahə tədqiqatçıları üçün əsl nümunədir. Bayram Rzayev Naxçıvan şəhər bilik cəmiyyətinin sədri olub. Muxtar respublikada mineral sərvətlərin işlənməsi üzrə ilk laboratoriya məhz onun tərəfindən yaradılıb və ilk patent Bayram Rzayev tərəfindən alınıb. Onun “Arsen və Darıdağ termal suyu”, “Dəri texnologiyası”, “Molibden”, “İndium” kitabları da sanballı elmi nəşrlərdəndir. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 3 noyabr tarixli Sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülmüşdür.

Allah rəhmət eləsin!

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM