satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan məktəblisi ilk dəfə olaraq Respublika Fənn Olimpiadasında informatika fənni üzrə qalib oldu

Naxçıvan məktəblisi ilk dəfə olaraq Respublika Fənn Olimpiadasında  informatika fənni üzrə qalib oldu

NTV xəbər verir ki, İnformatika fənni üzrə Respublika Fənn Olimpiadasının final mərhələsinin nəticələri elan olunub.
Olimpiadanın Bakı şəhərində keçirilən final mərhələsində  iştirak edən Kəngərli rayon Qıvraq Qəsəbə tam orta məktəbinin X sinif şagirdi Oruc Cabbarlı Naxçıvanda ilk dəfə olaraq  informatika fənni üzrə III yerin qalibi olub.
 Qeyd edək ki,  bu  muxtar respublikada  informatika fənni üzrə  qazanılan ilk medaldır. 
Oruc Cabbarlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən olimpiadalarda istedadlı şagird kimi aşkarlanmış və Azərbaycan Respublikası  Təhsil İnstitutu tərəfindən təşkil olunan kurslara cəlb olunmuşdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM