satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə və Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub - FOTOLAR

Türkiyə və Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub<font color=red> - FOTOLAR</font> Türkiyə və Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub<font color=red> - FOTOLAR</font> Türkiyə və Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub<font color=red> - FOTOLAR</font>

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir.

NTV  xəbər verir ki, səfər çərçivəsində heyət ilk olaraq Azərbaycanın Türkiyədəki səfirliyində olub.

Nümayəndə heyətini səfir Rəşad Məmmədov qəbul edib. Görüş zamanı ADPU nümayəndələri Türkiyə universitetləri ilə mövcud və gələcək əməkdaşlıqlar, ortaq layihələr və təcrübə mübadiləsi barədə məlumat veriblər.

Həmçinin Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

ADPU-nun nümayəndə heyətinə universitetin rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova, Müasir Azərbaycan dili kafedrasının müdiri dosent Könül Səmədova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova daxildir.

Görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi və ortaq təşəbbüslərin dəstəklənməsi məsələləri də müzakirə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM