satellite   Azerspace-1: 11135 H 30000

“Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib - FOTOLAR

“Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib<font color=red> - FOTOLAR</font> “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib<font color=red> - FOTOLAR</font> “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib<font color=red> - FOTOLAR</font> “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib<font color=red> - FOTOLAR</font> “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib<font color=red> - FOTOLAR</font> “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib<font color=red> - FOTOLAR</font> “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib<font color=red> - FOTOLAR</font> “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib<font color=red> - FOTOLAR</font> “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib<font color=red> - FOTOLAR</font> “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib<font color=red> - FOTOLAR</font>

 

Aprelin 3-də Naxçıvan Muxtar Respublikası ümumitəhsil məktəblərinin IX- X sinif şagirdləri arasında “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib. 

8 mərkəzdə təşkil olunan olimpiadada 800-ə yaxın şagird iştirak edib və məktəblilərə qapalı test formatında 30 sual təqdim edilib, sualların cavablandırılması üçün 70 dəqiqə vaxt ayrılıb. 

Qeyd edək ki, olimpiada 3 mərhələdən ibarət keçirilməsi nəzərdə tutulub ki, bu mərhələnin nəticələri əsasında olimpiadanın regional mərhələsində iştirak edəcək şagirdlər müəyyən olunacaq. Olimpiadanın yarımfinal turu 24 may tarixində regional üzrə, final mərhələsi isə iyun ayında Bakı şəhərində keçiriləcək. 

Olimpiada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə həyata keçirilir

 Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM