satellite   Azerspace-1: 11135 H 30000

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına 14 iyun tarixində keçirilmiş qəbul imtahanının (II cəhd, təkrar) yekun nəticələrini elan edib.

NTV xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bakalavrlar yekun imtahan balı ilə buradan tanış ola bilərlər. Yekun nəticələr haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.

Qeyd edilib ki, apellyasiya komissiyasına müraciət etmək istəyənlər 6 iyul saat 10:00-dan 8 iyul saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM