satellite   Azerspace-1: 11135 H 30000

DİM: Qəbul imtahanında 16 nəfərin nəticəsi ləğv edilib

DİM: Qəbul imtahanında 16 nəfərin nəticəsi ləğv edilib

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə iyulun 12-də keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.

DİM-dən NTV-yə bildirilib ki, imtahanda iştirak etmək üçün ərizəsi təsdiq olunmuş 30 min 300 abituriyentdən 916 nəfər imtahana gəlməyib. İmtahanda iştirak etməyənlərin 764 nəfəri I, 152 nəfəri isə IV ixtisas qrupunun payına düşür.

İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və onların nəticələri ləğv edilib.

Abituriyentlər imtahan nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarları ilə DİM-in rəsmi internet səhifəsində tanış ola bilərlər. Nəticələri mobil operatorlar vasitəsilə də öyrənmək mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM