satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib

Naxçıvanın ümumtəhsil məktəblərinə 2255  kompüter verilib

NTV xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın “Təhsil müəssisələrində şagird-kompüter nisbətinin yaxşılaşdırılması” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinə 2255 kompüter təqdim edilib.

Kompüterlər şagird sayı çox olan Naxçıvan şəhəri və rayon mərkəzlərində yerləşən ümumtəhsil məktəblərinə paylanılıb.

Qeyd edək ki, bu addım təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, rəqəmsal təhsil imkanlarının genişləndirilməsinə və şagird-kompüter nisbətinin ölkə üzrə orta göstəriciyə (6:1) uyğunlaşdırılmasına xidmət edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM