Naxçıvan Müəllimlər İnstitutunda onlayn konfrans keçirilib - FOTOLAR

Naxçıvan Müəllimlər İnstitutunda onlayn konfrans keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Müəllimlər İnstitutunda onlayn konfrans keçirilib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Ümumtəhsil məktəblərinin ibtidai siniflərində pedaqoji və psixoloji işin təşkilinin müasir tələbləri” mövzusunda keçirilən onlayn konfrans Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov bildirib ki, institutda bakalavr, magistr, doktorantura səviyyələri üzrə kadr hazırlığı ilə yanaşı, muxtar respublikada diplomdan sonrakı təhsilin istiqamətləri üzrə məqsədyönlü işlər aparılır. İxtisasartırma və təkmilləşdirmə kurslarının təşkili, ümumtəhsil məktəb müəllimləri ilə seminar, dəyirmi masa, disput, kitab müzakirəsi, qabaqcıl təcrübənin yayılması kimi tədbirlər həyata keçirilir. Vurğulanıb ki, müasir müəllim qarşısında duran vəzifələrin yerinə yetirilməsində elmi-metodiki və pedaqoji biliklər kifayət etmir. Hər bir müəllim psixopedaqogikanı, pedaqoji psixologiyanı mükəmməl bilməlidir. Bu isə müəllimin hərtərəfli inkişafına və formalaşmasına imkan yaradır.

Onlayn konfransda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışıb. Qeyd edib ki, 2019-2020-ci tədris ilində məzunlardan 236-sı Naxçıvan Müəllimlər İnstitutuna qəbul olunub. Ötən tədris ilində 663 məzunun 73-ü 500-700 arası bal toplayaraq pedaqoji profilli ixtisaslara qəbul olunublar.

Konfransın ardınca 35 ibtidai sinif müəllimi beş günlük onlayn təlimə başlayıb.

Adilə Səfərova

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM