Naxçıvanda sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən bir qrup şəxs təltif edilib

Naxçıvanda sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən bir qrup şəxs təltif edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov aprelin 26-da “Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasında sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə fərqlənən Hümbətov Səxavət Məmməd oğlu, Novruzov Namiq Yaqub oğlu, Rəhimov Seyfəddin Rəhman oğlu və Rzayev Teymur Yaqub oğlu “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM