satellite   Azerspace-1: 11135 H 30000

Neymar "Barselona"ya icarəyə verilməsini istəyib

Neymar "Barselona"ya icarəyə verilməsini istəyib

Braziliyalı futbolçu Neymar hazırda çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan İspaniya təmsilçisi "Barselona"ya icarəyə verilməsini istəyib.

Naxçıvan televiziyası "Sport.es" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı braziliyalı zədəsini sağaltdıqdan sonra sabiq komandasına qayıtması ilə bağlı müraciət edib.

Amma klublar hələlik mümkün müqavilə ilə bağlı danışıqlara başlamayıb.

Neymar 2013-2017-ci illərdə Kataloniya klubunda çıxış edib. O, ötən yay Fransa təmsilçisi PSJ-dən Səudiyyə Ərəbistanı klubuna keçmişdi. Hücumçu bu mövsüm “Əl-Hilal”ın heyətində 5 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Neymar ötən il oktyabrın 18-də DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvaya qarşı oyununda (0:2) dizindən ciddi zədə alıb. Forvardın sol dizində çarpaz bağ və menisk yırtığı diaqnozu qoyulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM