satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekord müəyyənləşdirib

“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekord müəyyənləşdirib

“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekord müəyyənləşdirib.

Naxçıvan televiziyası Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Ağdam klubu Azərbaycan çempionatlarında ən erkən çempionluğu qazanıb.

Qurban Qurbanovun yetirmələri 2023/2024 mövsümünün çempionu adını XXVIII turda "Kəpəz"ə 6:1 hesabı ilə qalib gəlməklə təmin edib. “Qarabağ” sona 8 tur qalmış qızıl medala sahib çıxıb.

Əvvəlki rekord da Ağdam klubuna məxsus idi. 2015/2016 və 2017/2018 mövsümlərində sona 4 tur qalmış çempionluğu təmin edən "köhlən atlar" bu rekordu ikiqat üstələyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM