satellite   Azerspace-1: 11135 H 30000

“Böyük Dəbilqə”: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulur

“Böyük Dəbilqə”: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulur

Azərbaycanın daha üç cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində bu gün tatamiyə çıxacaq.

Naxçıvan televiziyası xəbər verir ki, yarışın ikinci günündə kişilər arasında 73 kiloqram çəkidə Vüsal Qələndərzadə filippinli Keysey Nakanu, Rəşid Məmmədəliyev bolqarıstanlı Mark Xristovu sınağa çəkəcək.

81 kiloqramda isə Ömər Rəcəbli portuqaliyalı Joau Fernandu ilə qarşılaşacaq.

Qeyd edək ki, ötən gün yarışa qoşulan yığmanın üç üzvü turniri medalsız başa vurub. Martın 31-dək davam edəcək “Böyük Dəbilqə”də Azərbaycan 9 cüdoçu ilə təmsil olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM