satellite   Azerspace-1: 11135 H 30000

“Beşiktaş”ın prezidenti baş məşqçi məsələsinə aydınlıq gətirib

“Beşiktaş”ın prezidenti baş məşqçi məsələsinə aydınlıq gətirib

Türkiyənin “Beşiktaş” klubunun prezidenti Hasan Arat baş məşqçi məsələsinə aydınlıq gətirib.

Naxçıvan televiziyası xəbər verir ki, futbol funksioneri “Hürriyet”ə açıqlamasında yeni çalışdırıcıya ehtiyac duymadıqlarını söyləyib.

O, uğursuz nəticələrə baxmayaraq, hazırkı baş məşqçi Fernandu Santuşu postunda saxlayacaqlarını deyib: “Fernandu Santuşa güvənirik. Belə olmasaydı, onunla bu yola çıxmazdıq. Bura çətin vaxtda gəldi. Santuşla müqavilə müddəti bitənə qədər birlikdə çalışacağıq”.

Qeyd edək ki, Türkiyə mətbuatı “Beşiktaş”ın mövsümün sonunda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu təyin etmək istədiyini iddia edib. Fernandu Santuşun İstanbul təmsilçisi ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM