satellite   Azerspace-1: 11135 H 30000

“Real” klubunun baş məşqçisi Çempionlar Liqasının tarixinə düşüb

“Real” klubunun baş məşqçisi Çempionlar Liqasının tarixinə düşüb

İspaniyanın “Real” klubunun baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının (ÇL) tarixinə düşüb.

Naxçıvan televiziyası xəbər verir ki, italiyalı baş məşqçi kimi turnirdə 200 oyun keçirən ilk mütəxəssis olub.

Yubiley qarşılaşması 1/4 final mərhələsində İngiltərə təmsilçisi “Mançester Siti” ilə ev oyununa (3:3) təsadüf edib. Bu göstərici üzrə ikinci yeri 190 matçla “Mançester Yunayted”in (İngiltərə) sabiq çalışdırıcısı Aleks Ferqyuson tutur. Ölkənin digər komandası “Arsenal”ın əfsanəvi baş məşqçisi Arsen Vengerin isə hesabında 178 matç var.

Qeyd edək ki, Karlo Ançelotti iki dəfə İtaliya “Milan”ı ilə, iki dəfə isə “Real”la Çempionlar Liqasının qalibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM